Elşad Abdullayevin əldə etdiyi saxta mükafatlar və təltiflər sırasında, hətta Rusiya Prezidenti Putin tərəfindən “verilmiş” saat, “-ci dərəcəli Yenilməz 1 Pyotr” ordeni, “Təhsil sahəsində Rusiya elminə verdiyi böyük töhfəyə görə” ordeni, “Sülh ordeni”, hətta “Beynəlxalq Sokrat” medalı və s. təltiflər var...
Ramiz Zeynalov: ”E.Abdullayev ABU-nun Moskva filialı kimi fəaliyyət göstərmiş universitetin binasını, torpaq sahəsini yaxın dostu, erməni Sarkisyan Feliks Karvenoviçdən almışdır...”
Bir müddət əvvəl ölkə KİV-lərinin baş məqaləsi yerində keçmiş ABU-nun sabiq rektoru Elşad Abdullayevin bomba partladacağı və s. kimi diqqəti cəlb edən başlıqlar yer alırdı… Sonra bu yazı başlıqlarından həvəslənən E.Abdullayev və ya onun sözçüsü, həmçinin vəkili E.Abdullayevdə 400-ə yaxın videokasetlərin olduğunu dilə gətirdilər. Hətta iş o yerə çatdı ki, həm E.Abdullayev, həm də onun mətbuat nümayəndəsi, araşdırmaçı jurnalist Elnur Məcidli bəyan etdilər ki, ёBizi məcbur etməsinlər, əgər bu videoları yaysaq, Azərbaycanda fırtına qopacaq, xalq onları süpürgə ilə süpürüb kənara atacaq!» və s.
Vəkil Ramiz Zeynalov ötən saylarımızdakı müsahibələrində bunlar hədə və təhdid olmaqdan başqa, həm də hakimiyyətin devrilməsinə bir çağırış, həyacan siqnalı kimi qiymətləndirmişdi. Lakin məlum olduğu kimi, bəzi tanınmışların istefasının tələb edilməsi fonunda bu hədələrin birdən-birə ardı kəsildi, həmin vəd olunan videolar yayımlanmadı... Əksinə, bu suala E.Abdullayevin vəkili Adil İsmayılov da ölkə KİV-lərinə son geniş açıqlamasında konkret cavab verə bilməmişdi. Üstəlik, E.Abdullayevin Bakıdakı nümayəndəsi, bacısı oğlu Azad Mürsəliyev KİV-lərə açıqlamasında vəziyyətin gərgin olmasından, onların bütün qohum-əqrabalarının bank hesablarına həbs qoyulmasını bildirmişdir. E.Abdullayevin vəkili A.İsmayılov və E.Abdullayevin sözçüsü E.Məcidli isə E.Abdullayevin həbsinə hazırlıq getdiyini etiraf etmişdilər.
Bəs nə baş verir? E.Abdullayevə elə də bir təzyiq olunmadığı dövrdə hamını 400 video ilə hədələyən tərəf niyə indiki çətin və özlərinin etiraf etdikləri kimi, E.Abdullayevin həbsinə hazırlıq getdiyi hiss olunan bir vaxtda bu videolar yayılmır?
Tanınmış vəkil Ramiz Zeynalov qəzetimizə sensasiyalı müsahibə verib:
R.Zeynalov: İndi Elşad Abdullayevə sual edirəm:
-Əgər sən qardaşını belə sevirdinsə, nə üçün pula görə onu öldürür, digər qardaşlarını və bacın oğlunu, sair qohumlarını da bu işə cəlb edirdin?
-Nəyə görə, əgər qardaşın dediyin və cəmiyyətə sırımaq istədiyin kimi, oğurlanmışdısa, bu hadisədən sonra onun adına və dostu Sənan adlı şəxsdən bu obyektlərin sənə verilməsi ilə əlaqədar dava-dalaş salırdın?
-Nəyə görə və hansı əsasla qardaşın Mahirin həyat yoldaşı və 2 övladı olduğu halda, Mahirə məxsus “AMAY” ticarət mərkəzində olan 2 ədəd mağazanı və Rəsulzadə qəsəbəsində yerləşən Sevinc» restoranının sataraq pulunu onun ailəsinə deyil, dələduzluq yolu ilə özün mənimsəyirdin?
-Nəyə görə, qardaşının öldürülməsindən 9 il keçsə də, onun ailəsinə məxsus əmlakı ələ keçirdin və müddət ərzində onlara hər hansi bir formada maddi yardım göstərmirdin?
-Nəyə görə bacın oğlu Azad Mürsəliyev bu günə qədər Mahirə məxsus Bakı şəhəri Yasamal rayonu, Dadaşov kücəsi-68 sayli evin, 62 sayli, 2 otaqlı mənzilini onun ailəsinə qaytarmaqdan imtina edir? Sən isə yaxşı oğlan dayısına oxşayar, deyərək guya həmin mənzilin alış pulunu Mahirə verdiyini bildirir, faktiki olaraq başqasının əmlakını dələduzluq yolu ilə mənimsəyir, sən ёParisli oğlan» da buna göz yumursan? Bu suallara mən sizlərdən və istintaq orqanından cavab gözləyirəm…
R.Zeynalovun geniş müsahibəsi hazırda çapa hazırlanır. Saxta orden və medallardan tutmuş ermənilərlə iş birliyinə kimi daha nələr!!!
Saytı izləyin, sabah qəzetdə tam şəkildə oxuyun!!!
Tezadlar.az