Elzadan təzə şeir: MəZahir əmdiniz..benzinimi"

Elzadan təzə şeir: MəZahir əmdiniz..benzinimi

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürən Əməkdar artist Elza Seyidcahan seçkilərlə bağlı şeir yazıb..

"Seçib qurtardınız?"

Aşkım, gedəlim buralardan, gedək İstanbula

Ekrem İmamoğluna şikayət edəlim buralardan


Getmişkən İstanbula balık-ekmek yeyəlim,

Dönər, ayran içəlim, kestane partladalım.


MƏ Zahir, Mə Daxil! Fokus-Mokus!

Səslər göylərdə uçur, quşlar uçan kimi


Kimə lazım bu Məclis, kimə lazım bu artistlik?

Ax saxtakarlar, seçib qurtardınız?


Səsimi oğurladınız, benzinimi əmdiniz.

Nəfəsimi aldınız, indi vakkum, zəkkum!

 
Adını qoyublar Milli Məclis, siz yalançılar,

Ax saxtakarlar, seçib qurtardınız?


Durnalar salam deyir Məzahirə, Əfruza, Mahirə

Qocası satqın, cavanı satqın, müəllimi yatqın


Hamısı çapkın, yapkın, bupkın, dupkın,

Nə? Kim? Harada? Çto, Qde, Koqda?

 
Aman aman, bu nə erotika, bu nə kosmetika?

Ax saxtakarlar, seçib qurtardınız?

 Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az