Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə aprelin 30-da Azərbaycan Texniki Universitetində aktiv məşğulluq tədbirinin keçirilməsi planlaşdırılır. Vətəninfo.az SİA-ya istinadən xəbər verir ki, "Karyerada ilk addım" devizi altında təşkil olunan tədbir yuxarı kurslarda təhsil alan tələbələr və əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumatların yaradılmasına xidmət edir. Tədbir zamanı tələbə və məzunlar əmək bazarı, öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə edəcək və istəklərinə uyğun olaraq onlara həmin vakansiyalar üzrə göndərişlər veriləcək. Həmçinin işəgötürənlər müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanacaqlar. İl ərzində ölkənin digər ali təhsil müəssisələrində də belə tədbirlərin təşkili nəzərdə tutulur.
Ötən il ərzində gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki, Abşeron və Lənkəran rayonlarındakı ali təhsil müəssisələrində 10 aktiv məşğulluq tədbiri keçirilib. Həmin tədbirlər nəticəsində 185 nəfər gənc münasib işlə təmin edilib.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər