Əməkdar artist Suğra Bağırzadə fəxri ada layiq görülüb

Əməkdar artist Suğra Bağırzadə fəxri ada layiq görülüb

Azərbaycanın Əməkdar Artisti Suğra Bağırzadə türk dünyası mədəniyyətinə verdiyi töhfələrə və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə təltif edilib.

Vətəninfo.az-ın məlumatına görə, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildiriblər ki, Əməkdar Artist Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Fəxri doktoru” adına layiq görülüb.

Qeyd edək ki, istedadlı aktrisa uşaqlıqdan həyatını incəsənətə bağlayaraq müxtəlif filmlərdə yaddaqalan obrazlar yaradıb. Belə ki, aktrisa "Yollar və küçələrlə”, "Ulduz”, "Alma almaya bənzər”, "Tələ”, "Yuxu”, "Şir evdən getdi”, "Sonuncu şahid”, "Qəmbər Hüseynli” və s. filmlərdə biri-birindən maraqlı obrazları ilə tamaşaçı qəlbinə yol tapıb. Məşhur "Cücələrim” mahnısı da Suğra Bağırzadənin ifasında dillər əzbərinə çevrilib və bu istedadı onu doğma Azərbaycanın hüdudlarından kənarda da tanıdıb. Bütün bunlarla yanaşı, aktrisanın əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan xobbisi tədricən daha bir peşəyə keçid alaraq, güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini qazandırıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az