Emin Həsənlidən Con Amiralın açıqlamasına sərt reaksiya

Emin Həsənlidən Con Amiralın açıqlamasına sərt reaksiya

“Vətənpərvərdisə, Azərbaycan ordusunda xidmət etməyə gəlsin” 

ABŞ ordusunun Azərbaycan əsilli zabiti Con Amiralın Azərbaycan ordusunda əsgər ölümü ilə bağlı verdiyi açıqlama sərt reaksiyalara səbəb olub. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Vətəninfo.az saytına açıqlamasında bildirib ki, Con Nəimi Əmral müsahibəsində Ceyhun Qubadovun ölümünə toxunub. 11 ildir ki, ABŞ ordusunda xidmət etdiyini, hazırda ABŞ-ın Türkiyədəki təlim missiyasına başçılıq etdiyini bildirən Con Nəimi Amiral Azərbaycan ordusunda belə halların tez-tez olduğunu iddia edib. O, bir neçə il əvvəl qohumunun da Naxçıvanda silahdaşı tərəfindən öldürüldüyünü söyləyib: “Birincisi, əgər qohumu ilə bağlı fakt vardısa, konkret olaraq açıqlasın. Nə üçün indiyə qədər bu barədə müraciət etməyib? İkincisi, əgər, Vətənini sevirsə, vətənpərvər bir insandırsa, Azərbaycan ordusunda xidmət etsin. Azərbaycandan kənarda da zabitin belə reaksiya verməsi təəssüf doğurur. Azərbaycanın peşəkar zabit kadrlarına ehtiyacı var. Tövsiyyə edirik ki, Azərbaycan Müdafiə Nazirliyinə müraciət etsin və ordumuzda xidmət etsin. Digər tərəfdən, əgər o, Əfqanıstanda qulluq edibsə, Azərbaycan əsgərlərinin necə qulluq etdiyindən xəbərdar olmalıdır. Azərbaycan əsgərlərinin Əfqanıstan, İraq və digər yerlərdə xidməti NATO rəhbərliyi tərəfindən həmişə yüksək dəyərləndirilib”. 

Qərb dövlətlərinin Azərbaycana həmişə ikili standartlarla yanaşdığını söyləyən Emin Həsənli Con Nəimi Amiralın açıqlamasının da bu ruhda olduğunu qeyd edib: “O, ABŞ ordusunda belə hadisələrin nadir hallarda olduğunu bildirir. Ancaq elə deyil, dünya da bunun şahididir. Hətta keçən il ABŞ ordusunda 1 əsgər 10 əsgəri güllələmişdi, ABŞ prezidenti və müdafiə naziri də buna münasibət bildirmişdİ. ABŞ ordusunda işgəncə faktları da dünyaya məlumdur, bir-birlərinə belə işgəncə verirlər. Əfqanıstan və İraqda həbsxanalarda işgəncə faktlarından dəfələrlə bəhs olunub. Quantanamo həbsxanasında insanlara verilən işgəncələr, qeyri-insani davranışlar da yaddan çıxmayıb. ABŞ ordusunda hər il onlarla əsgər intihar edir. Vyetnam sindromu hələ də aradan qaxmayıb. İraq və Əfqanıstanda keçirilən əməliyyata onların zabitləri belə etirazlarını bildiriblər. ABŞ ordusunun əli Əfqanıstanda, İraqda, Liviyada mülki əhalinin qanına batıb. Yaxşı olardı ki, bunu da deyəydi. Yaxşı olardı ki, Con Nəimi Amiral buna da münasibət bildirəydi. Azərbaycan ordusunda baş verən xoşagəlməz hadisə ilə bağlı müdafiə naziri müvafiq əmr verib, günahkarlar cəzalandırılır”. 

Emin Həsənlinin Con Nəimi Amiralın müsahibəsində rahat yerdə xidmət etdiyini söylədiyinə də toxunub: “Vətənpərvərdisə, Azərbaycan ordusunda xidmət etməyə gəlsin, o zaman görəcək ki, ordumuzun yeməyi də, geyimi də yaxşıdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az