Vətəninfo.az xəbər verir ki, bu gün futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq. ANS PRESS-in məlumatına görə, qitə arenalarında 11 oyun baş tutacaq və play-off mərhələsinə vəsiqə qazanan son 11 komanda müəyyənləşəcək. Azərbaycan çempionu "Qarabağ" səfərdə meydana çıxacaq və evdə 2:1 hesabı ilə yendiyi "Zalsburq"un qonağı olacaq. Türkiyənin "Beşiktaş" klubu Hollandiya "Feyenoord"unu qəbul edəcək. Türklər səfər oyununda 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, dünən BATE (Belarus), "Standard" (Belçik), "Maribor" (Sloveniya) və "Lill" (Fransa) play-off mərhələsinə vəsiqə qazanıb.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
6 avqust
21.00 Zenit (Rusiya) - AEL (Cənubi Kipr)
İlk oyun - 0:1
21.30 APOEL (Cənubi Kipr) - HİK (Finlandiya)
İlk oyun - 2:2
22.00 Malmö (İsveç) - Sparta (Çexiya)
İlk oyun - 2:4
22.00 Şerif (Moldova) - Slovan (Slovakiya)
İlk oyun - 1:2
22.30 Beşiktaş (Türkiyə) - Feyenoord (Hollandiya)
İlk oyun - 2:1
22.30 Styaua (Rumıniya) - Aktobe (Qazaxıstan)
İlk oyun - 2:2
23.00 Kopenhagen (Danimarka) - Dnepr (Ukrayna)
İlk oyun - 0:0
23.30 Zalsburq (Avstriya) - Qarabağ (Azərbaycan)
İlk oyun - 2:1
23.45 Seltik (Şotlandiya) - Legiya (Polşa)
İlk oyun - 1.4
23.45 Dinamo (Xorvatiya) - Olborq (Danimarka)
İlk oyun - 1:0
23.45 Partizan (Serbiya) - Ludoqorets (Bolqarıstan)
İlk oyun - 0:0
5 avqust
BATE (Belarus) - Debretsen (Macarıstan) 3:1
Qollar: Aleksandr Volodko, 39. Vitali Rodionov, 66. Sergey Krivets, 90+4 - İbrahim Sidibe, 20-pen.
İlk oyun - 0:1.
Panatinaikos (Yunanıstan) - Standard (Belçika) 1:2
Qollar: Dino Arslanaqiç, 17-pen - Yaniş Mbombo, 36. Paul-Jose Mpoku, 42.
İlk oyun - 0:0.
Makkabi (Təl-Əviv, İsrail) - Maribor (Slovaniya) 2:2
Qollar: Tal Ben Haim, 42. Eden Ben Basat, 54 - Agim İbraimi, 36; 56.
İlk oyun - 0:1.
Lill (Fransa) - Qrasshoppers (İsveçrə) 1:1
Qollar: Florent Balmont, 19 - Amir Abraşi, 33.
İlk oyun - 2:0.
Vətəninfo.az