Əmrə yenidən "Fənərbaxça"da

Əmrə yenidən "Fənərbaxça"da

Mövsümün ortasında transer pəncərəsində Yunes Belhanda olmaqla bir neçə futbolçu ilə danışıqlar aparan "Fənərbaxça" növbəti sürprizini edib. 

Veteninfo.az-ın məlumatına görə, İstanbul klubu hazırda İspaniyanın "Atletiko Madrid" klubunda çıxış edən Əmrə Belözoğlunu yenidən komandaya qaytarır. 

Əmrə klub rəhbərliyinin İstanbula dönmək təklifini qəbul edib. Rəhbərliklə görüşən təcrübəli futbolçu "Fənərbaxça" ilə hər məsələdə razılaşıb və Madriddən ayrılıb. 

32 yaşlı futbolçunun transferinin klub tərəfindən rəsmən açıqlanması gözlənilir. 

Veteninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az