Ən çox yoluxma ABŞ-da, ən çox ölüm isə... - Statistika

Ən çox yoluxma ABŞ-da, ən çox ölüm isə... - Statistika

Dünya üzrə koronavirusa (COVİD-19) yoluxanların sayı 1 milyon 193 min 655-ə qalxıb.

Axar.az xəbər verir ki, ən son məlumata görə, bu virusdan 64.277 nəfər ölüb, 246.110 nəfər isə sağalıb.

Ən çox yoluxma ABŞ-da müşahidə edilir. Bu ölkədə son sutkada 29.602 nəfər bu virusa yoluxub və ümumilikdə yoluxma 306.768 nəfərə çatıb. 7.347 nəfər koronavirusdan ölüb (Son sutkada 943 nəfər).

İtaliya ölü sayına görə birinci yerdədir. Bu ölkədə 124.632 nəfər yoluxub, onlardan 15.362 nəfər ölüb (Son sutkada 681 nəfər).

Ölü sayına görə ikinci yerdə İspaniya gəlir. Bu ölkədə yoluxma 124.736 nəfər, ölüm isə 11.744 nəfərdir (Son sutkada 546 nəfər).

Almaniya yoluxma sayına görə 4-cü yerdədir – 95.637. Ümumilikdə 1.395 nəfər ölüb (Son sutkada 120 nəfər).

Fransa ümumilikdə 89.953 yoluxma ilə 5-ci yerdədir. Fransada 7.560 nəfər bu virusdan dünyasını dəyişib. Son sutkada ölüm sayına görə isə Fransa birinci yerdədir - 1.053.

Çin 81.639 yoluxma ilə ümumi yoluxanların sayına görə 6-ci yerə geriləyib. Çində 3.326 nəfər bu virusdan ölüb.

İran 55.743 yoluxma ilə 7-ci sıradadır. Ümumilikdə 3.452 nəfər həyatını itirib.

Türkiyədə isə virusa yoluxanların sayı 23.934 olub. Ölənlərin sayı isə 501-ə yüksəlib.
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az