Ən yeni tarix DƏRSİ- “Yenilik daim cazibədardı”

Ən yeni tarix DƏRSİ- “Yenilik daim cazibədardı”


Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru

Dövrü çağırışlar rakursunda Sirus Təbrizli ilə ibrətamiz müsahibə. İlk baxışda emosional görünsədə çox səmimidir (əhəmiyyətlidir).
Unutmayaq, emosionallıq səmimiyyətin güzgüsüdür!

Böyük Heydər Əliyevin silahdaşı mərhum Sirus Təbrizlidən Prezidentin mövqeyi və bu günün reallığı ilə üst-üstə düşən mükəmməl yanaşma (bax: https://m.youtube.com/watch?v=IsCjOn1Vw7M&feature=youtu.be) edilməməlidir".

(YAP-ın funksionerləri indi bu nəticəyə gəliblər. Buna görə də "Ziyanın yarısından qayıtmaq xeyirdi” prinsipinə uyğun olaraq, bu Adamın adı əbədiləşdirilməlidir)

Məsəl üçün bu yaxınlardakı çıxışında Prezident: "Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir” söyləyibdir.
Müsahibədə 6 il əvvəl İlham Əliyev və Mehriban Əliyeva tandeminin vacibliyin vurğulayır.

"Mən Parlamentdə maska geyib çıxış etməmişəm” orijinal şüar səsləndirir.

Haqlı olaraq, Əliyevçilərin YAP-çılardan çox olduğunu bildirir.

Qeyd edim ki, bu mövzu mənə çox yaxındır. Düzdü heç harada bunu biruzə verməmişəm. 

(Prinsipim Dahi Heydər Əliyevin "Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun” müdrik fikiri olub)

Ona görə ki, rəhmətlik Atamda ilk Əliyevçilərdən və YAP-çılardan olub. 

(Mərhum Həsən Mirzəyev, Murtuz Ələsgərov, Rəfael Allahverdiyev, Mirzə Əsgərov və #Əli Əsədov, Arif Rəhimzadə, #Vasif Talıbov, Hacıbala Abutalıbov yaxşı bilir(di)lər). Çətin vaxtlarda Onlarla birgə-bərabər addımlayıb.

(Yerdən göydə uçan təyyarə görünür, göydən yerdə baxan insan görünmür)

Amma nə fayda, bir onu görürəm ki, düz danışan (işləyən) düzdə qalar!!!

Yəhudi atalar sözündəki kimi, "Heç bir yaxşılıq cəzasız qalmır!”.

Bütün bunlara baxmayaraq əminəm ki, Böyük Heydər Əliyev demişkən:

"Tarix həmişə hər şeyi öz yerinə qoyur”.
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az