Ərdoğan Boltonla görüşdən imtina etdi

Ərdoğan Boltonla görüşdən imtina etdi

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Türkiyə səfərini yekunlaşdıraraq ölkəsinə geri dönüb.

Türkiyə mətbuatı prezidentlə görüşəcəyi də istisna edilməyən Con Boltonun ABŞ ordusunun Suriyadan çıxarılması üçün kürdlərin təhlükəsizliyinə dair Ankaradan zəmanət istənilməsi ilə bağlı İsrail səfərində səsləndirdiyi fikirlərinə görə Ərdoğan tərəfindən qəbul edilmədiyini yazıb.

Partiyasının TBMM qrup toplantısında çıxış edən Ərdoğan isə Boltonun İsrail səfərində səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

"Boltonun verdiyi mesajı udmağımız mümkün deyil. Bunlar bu ölkədə mənim kürd vətəndaşım kimdir, YPG kimdir, tanımırlar. PKK-YPG-PYD mənim kürd qardaşlarımın təmsilçisi ola bilməz. Biz bu terror qruplaşması üzvlərinin istər kürd, istər ərəb, istərsə də türk vətəndaşlarımızın içərisindən çıxmasına baxmayaraq, öhdəsindən gələrik. Terrorçular kürd olacaq və bunlara toxunmayaq? Belə bir şey ola bilməz. Terrora yeni bir tərif vermişiniz? Terrorçudursa, nə lazımdırsa, ediləcək. Bolton çox ciddi bir səhv etmişdir. Suriyadakı terror koridoru daxilində yer alanlar lazımı dərsi alacaqdır”, - Ərdoğan bildirib./Axar.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az