Ərdoğan Putinə Soçidə nə təklif edib? - Theodoratos

Ərdoğan Putinə Soçidə nə təklif edib? - Theodoratos

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinə ortaq reaktiv mühərrik istehsal etməyi təklif edib.

Miq.Az xəbər verir ki, bu açıqlama ilə yunan aparıcı İoannis Theodoratos çıxış edib.

"Rusiya tez-tez Türkiyəni dəstəkləyir. Rusiya hər zaman öz maraqlarını düşünür və maraqları naminə hər kəsin əleyhinə Türkiyənin yanında durur”, - yunan aparıcı söyləyib.

O qeyd edib ki, Ərdoğan Türkiyənin milli döyüş təyyarəsi TFX-in etibarlı mühərrikə sahib olması üçün Putinə ortaq reaktiv mühərrik istehsal etməyi təklif edib.

Theodoratos Qərbin davamlı embarqosuna məruz qalan Türkiyənin Rusiya sistemlərinə üz tutmağa başladığını bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az