Ərdoğan Putinlə daha nəyi müzakirə edəcək? - AÇIQLAMA

Ərdoğan Putinlə daha nəyi müzakirə edəcək? - AÇIQLAMA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə meşə yanğınlarının söndürülməsi üçün əlavə amfibiya təyyarələrinin alınmasını da müzakirə etməyi planlaşdırır. 

"Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Vilnüs sammitində jurnalistlərə açıqlamasında deyib.  

"Ümid edirəm ki, Putinlə mən Rusiyadan əlavə amfibiya təyyarələrinin alınmasını müzakirə edəcəyik. Çünki bu təyyarələr yanğınların söndürülməsində çox effektivdir”, - deyə Ərdoğan bildirib. 

Qeyd edək ki, Ərdoğan bundan əvvəlki açıqlamasında rusiyalı həmkarı ilə avqustda görüşməyə ümid etdiyini deyib. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az