Ərdoğan Rusiya-Ukrayna müharibəsi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ

Ərdoğan Rusiya-Ukrayna müharibəsi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışıb.

Publika.az xəbər verir ki, bu barədə Ərdoğanın məbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlar Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər. Ərdoğan görüş zamanı bildirib ki, Türkiyə ədalətli və davamlı sülhün bərqərar olması ilə Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə sona çatması üçün səy göstərir.

Türkiyə lideri ölkəsinin danışıqlara ev sahibliyi etmək də daxil olmaqla, sülhü asanlaşdırmaq üçün lazım olanı etməyə hazır olduğunu vurğulayıb.

Tərəflər ikitərəfli əlaqələr, regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az