Ərdoğanla Paşinyan arasında razılaşma - Bundan sonra...

Ərdoğanla Paşinyan arasında razılaşma - Bundan sonra...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" səhifəsində paylaşım edib.

Söhbət zamanı tərəflər Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini olduğunu vurğulayıblar. SEO Xidməti

Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər.

Ərdoğan və Paşinyan həmçinin, regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az