Ərəb şahzadə azərbaycanlı milyonçunun məkanında - FOTO

Ərəb şahzadə azərbaycanlı milyonçunun məkanında - FOTO
O, tətilə bir təyyarə dolu yüklə gəlib

Səudiyyə Ərəbistanın şahzadəsi istirahət üçün minlərlə azərbaycanlının dincəldiyi şəhəri - Bodrumu seçib. İstiPress-in məlumatına görə, kral ailəsinin üzvü Əl Velid Bin Tallal Bin Əbdüləziz Əl Suud və ailəsinin baqajı 300 çamadandan və 30 velosipeddən ibarət olub. Nəhəng çamadanlar otelə yük maşınları ilə daşınıb. Onun bir təyyarə dolu baqajı isə özündən bir müddət öncə Bodruma çatdırılıb. 

150 nəfərlik ailə Türkiyəyə özəl təyyarələri ilə eniş ediblər. 32 milyard dollar sərvəti ilə dünyanın ən varlı insanları arasında yer alan şahzadəni konsulluq işçiləri qarşılayıb.

Hava limanındna çıxandan isə onları polislər və xüsusi təyinatlılar müşayiət edib. 

Şahzadə onu müşayiət edən maşın karvanı ilə Palmarinaya gedib. Burada bir müddət dostları, ailəsi ilə zaman keçirən şahzadə daha sonra ultralüks otellərdən birinə yollanıb.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az