Ərəb şahzadəsi infarktdan ölməyib, Yəməndə öldürülüb

Ərəb şahzadəsi infarktdan ölməyib, Yəməndə öldürülüb

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri, Dubay əmiri Məhəmməd bin Rəşid Əl-Məktumun böyük oğlu, 34 yaşlı Rəşid bin Məhəmməd əl-Məktum ürək tutmasından yox, Yəmən ərazisində gedən hərbi əməliyyatlar nəticəsində ölüb.

Vətəninfo.az Virtualaz.org-a istinadla xəbər verir ki, bu sensasion məlumatı hadisə şahidlərinə və mötəbər mənbələrə istinadən İranın "Fars” agentliyi yayıb.

"Şeyx Rəşid və BƏƏ-nin daha bir neçə hərbi qulluqçusu Yəmənin Mərib əyalətində şiələrin "Ənsar Allah” təşkilatı döyüşçülərinin açdığı artilleriya atəşləri nəticəsində həlak olublar” - deyə agentlik bildirir.

Bu xəbəri Yəməndəki döyüşlərdə iştirak edən digər hərbçilər də təsdiqləyib.

Qeyd edək ki, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərin elit qoşun hissələrinin hər biri Yəməndə vuruşmağa 1000 döyüşçü göndərib.

Sentyabrın 19-da BƏƏ hökuməti 18 milyard dollar sərvətə malik şahzadənin ürək tutmasından öldüyünü bəyan etmiş, lakin təfərrüatları açıqlamamışdı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az