Ərəblər Hacıqabulda mikroavtobusa atəş açdı - FOTO

Ərəblər Hacıqabulda mikroavtobusa atəş açdı - FOTO

Hacıqabul rayonunda ov edən turistlərin gülləsi yol ilə hərəkət edən avtomobilə dəyib.

Miq.Az report.az-a istinadən bildirir ki, ov tüfəngindən açılan atəş "Mercedes" markalı mikroavtobusun alın şüşəsinə dəyib.
İnsident nəticəsində sürücü və sərnişinlər xəsarət almasa da, avtomobilə ziyan dəyib.
Bərdə rayonundan olan sürücü İman Seyidovun iddiasına görə, atəşi açanlar Hacıqabulda çöl quşu ovlayan ərəblər olub. Hadisə o, şəxsi avtomobili ilə Bakıya gedən zaman baş verib. Sürücü ona təqribən 1000 manat dəyərində ziyan dəydiyini bildirir.


 
Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az