Erməni deputat: "Qarabağı geri qaytarmalı olacağıq, Əgər Azərbaycan..."

Erməni deputat:
Erməni deputat: "Əgər Azərbaycan bunu etsə, Qarabağı geri qaytarmalı olacağıq" 

"Əgər Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) tərkibinə girməsəydi, Qarabağda müharibədən qaçmaq mümkün olardı".
 
Bunu seperatçı rejimin "müstəqilliyinin" tanınması üçün hazırlanan qanun layihəsinin müəlliflərindən biri Zarui Postandyan bildirib.
 
Onun sözlərinə görə, Azərbaycanın bir çox ərazini işğaldan azad edib və orada möhkəmlənirlər. Deputat hesab edir ki, Qarabağa "müstəqillik" verməklə müharibəyə son qoymaq mümkün olar: "İndi əsas məsələ Azərbaycanın AİB-ə girməsi məsələsidir. Məhz bu proses baş versə, biz Qarabağı geri qaytarmalı olacağıq", - deyə o bildirib. /Baku.ws/
 
Qanun layihəsinin digər müəllifi Qrant Baqratyan isə qeyd edib ki, qanun layihəsinin parlamentin gündəliyinə salınması üçün keçirilən səsvermədə yalnız bir nəfər müsbət rəy verib. Erməni deputatların yerdə qalan hissəsi qanuna yox deyib. Baqratyan bildirib ki, indiki vəziyyətdə qanun layihəsinin parlamentin gündəliyinə salınması imkansızdır. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az