Erməni deputat Zelenskiyə orta barmaq göstərdi - VİDEO

Erməni deputat Zelenskiyə orta barmaq göstərdi - VİDEO

Ukrayna Ali Radasının hakim Xalqın Xidmətçisi Partiyasından olan erməni əsilli deputatı Qeo Leros parlamentdə çıxışı zamanı Prezident Vladimir Zelenskiyə orta barmaq işarəsi göstərib.

Miq.Az xəbər verir ki, erməni deputat Zelenskini satqın adlandırıb.

"Demək istəyirəm ki, həqiqəti deməkdən qorxmuram. İstədiyin qədər hüquq-mühafizə orqanlarını üstümə göndərə bilərsən, iş aça bilərsən, amma mən həqiqəti deməkdən qorxmuram”, - erməni deputat bildirib

Mikrofonu söndürüldükdən sonra o, Zelenskiyə orta barmaq işarəsi göstərib.

Xalqın Xidmətçisi fraksiyasından olan deputatlar onun bu çıxışının yolverilməz olduğunu bildiriblər və qeyd ediblər ki, hadisə reqlament komitəsində müzakirəyə çıxarılacaq.
 


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az