İşğal edilmiş Dağlıq Qarabağda həlak olmuş erməni əsgərin ölüm səbəbi məlum olub.
ANS PRESS-in məlumatına görə, 19 yaşlı əsgər David Koloyan qumbara partlayışı nəticəsində ölüb. Hadisə 21 dekabr tarixində baş verib.
1995-ci il təvəllüdlü David Koloyan cəbhə xəttinin Ağdam hissəsində yerləşən hərbi hissələrdən birində ölüb.
Qeyd edək ki, Ermənistan müdafiə naziri Seyran Ohanyan ötən gün çıxışında 2014-cü ilin Ermənistan ordusu üçün ağır il olduğunu bəyan etmişdi.
Ohanyan jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin ilk faciəsi Ermənistan silahlı qüvvələrinin giziri Armen Ovanisyanın Qarabağda döyüşlər zamanı ölməsi olub.
"Ordumuz üçün ən gərgin vaxt isə iyul-avqust aylarında təmas xəttində şiddətli döyüşlərin getməsi oldu. Bu ilin ən pik nöqtəsi isə Mi-24 helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasıdır. Həmin an 3 pilotumuz həlak oldu", deyə Ohanyan bildirib.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür