Erməni gəlin toyda "Şalaxo" rəqsinə oynadı - İrəvanda + VİDEO

Erməni gəlin toyda

Ermənistanın paytaxtı İrəvanda baş tutan toy məclislərindən birində Azərbaycan rəqsi ifa olunub. 

Erməni gəlin öz toyunda məhz Azərbaycan rəqsi "Şalaxo" ilə qonaqlara şou nümayiş etdirib. Maraqlısı ondadır ki, ermənilər Azərbaycan rəqsini öz adlarına çıxaraq toy məclisində Ermənistanın milli rəqsi kimi təqdim ediblər. 

Qeyd edək ki, Şalaxo və ya Şələqoy rəqsi Azərbaycan və Gürcüstanda oynanılır. Şalaxo və ya Şələkümün ritmi 6/8-lik dir. Rəqsin forması bölgəyə görə dəyişə bilər. Iğdırda xalq oyunu olaraq oynayırlar. Şələqoy rəqsi azərbaycanlı bəstəkar Əfrasiyab Bədəlbəylinin «Qız qalası» (1940) baletində də yer alıb.

Bu rəqs azərbaycanlıların ən çox sevdikləri kişi rəqsidir. Onu həmişə böyuk həvəslə oynayırlar. Rəqsə ifaçılar özünü bütün ustalığını və məharətini göstərməli olurlar. "Şalaxo" ən qədim Azərbaycan rəqslərindən biridir.(baku.ws)

(baku.ws)


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az