Erməni general rus ordusu ilə savaşa çağırış etdi: “Yeni ssenari...”

Erməni general rus ordusu ilə savaşa çağırış etdi: “Yeni ssenari...”

"Ukrayna Krım və Donbası hərbi yolla qaytarmağa hazır olmalıdır”.

Miq.Az xəbər verir ki, bunu Ukraynanın erməni əsilli keçmiş daxili işlər naziri general Arsen Avakov deyib.

O, Kiyevin işğal olunmuş ərazilər uğrunda müharibə ssenarisini nəzərdən keçirmədiyinə təəccübləndiyini bildirib.

Avakov Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahını müasir silahlardan istifadə edərək plan hazırlamağa çağırıb.

Ukrayna Prezidenti Vladimir Zelenski bundan əvvəl Donbas və Luqanskın müvəqqəti işğalda olduğunu, tezliklə azad ediləcəyini bildirib.

Ukrayna hökuməti, eyni zamanda Rusiya tərəfindən ilhaq edilmiş Krımın azad edilməsi ilə bağlı dövlətin strategiyasını təsdiqləyib.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az