Erməni generaldan sensasion etiraf: “10 Noyabr bəyanatından sonra…”

Erməni generaldan sensasion etiraf: “10 Noyabr bəyanatından sonra…”
Ermənistan baş naziri Nikol Paşinyanla keçmiş müdafiə naziri general Arşak Karapetyan arasında qalmaqal davam edir.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, Paşinyan Karapetyanı vəzifəsini icra edə bilmədiyi üçün işdən çıxardığını bildirmişdi. O isə ittihamları qəbul etməyərək, Nikolu tənqid edib. Daha sonra Paşinyan Karapetyanla yazışmasının skrinlərini paylaşıb. Yazışmadan aydın olur ki, Karapetyan sərhəddə vəziyyətin nəzarətdə olduğunu dedikdən qısa müddət sonra Azərbaycan ordusunun hərəkətə keçdiyi qeydə alınır. Paşinyan baş verənlərlə bağlı Karapetyandan açıqlama tələb etsə də, müdafiə naziri susub.

A.Karapetyan erməni mediasına müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib və Paşinyanın "Azərbaycan pasportu almağa hazır olduğunu” iddia edib.

"2020-ci ilin 10 Noyabr razılaşmasından sonra üç gün qorxudan işə gəlmədilər. Tək mən gedirdim işə və hədəfə düşməməsi üçün adını açıqlamadığım bir nəfər də. Qalanları yoxa çıxmışdı. Paşinyan heç vaxt kreslosundan əl çəkməz, səhərlər evində kofe içməyə imkan verən yeganə şey o kreslodur. Nikol hətta o kresloda qalmaq üçün Azərbaycan pasportu da almağa hazırdır”, – o deyib.

Karapetyan iddia edib ki, müharibə təhlükəsi var, hakimiyyət isə yalan danışır və heç bir hazırlıq görmür:

"Mən Paşinyanı yaxşı tanıyıram, qorxaq adamdır. Seçkilər olmayacaq, onu başqa cür yola salacağıq”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az