Erməni hərbçi işgəncəylə öldürülübmüş - Bölük komandiri həbs edildi

Erməni hərbçi işgəncəylə öldürülübmüş - Bölük komandiri həbs edildi

İyunun 17-də qətlə yetirilən erməni hərbçi Qrant Qriqoryanın işgəncəylə öldürüldüyü məlum olub. 

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə əsgərin atası Qaruş Qriqoryan məlumat verib. Məlumata görə, sözügedən tarixdə Dağlıq Qarabağda yerləşən erməni hərbi hissələrindən birinin idman meydançasında cəsədi tapılan Qriqoryana işgəncə verilib. Əsgər atasının sözlərinə görə, oğlunun əllərində dirsəkdən yuxarı göyərmələr olub. Bu isə böyük ehtimalla əllə sıxılma nəticəsində yaranıb. Məhkəmə tibbi ekspertiza həmçinin, ölüm səbəbinin güllə yarası olduğunu təsdiqləyib. 

Xatırladaq ki, sözügedən faktla bağlı "özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb. Bölük komandiri V. Balayan həbs olunub. Ona qarşı tabeliyində olan insana qarşı güc tətbiq etmək və təhqir etmək ittihamları irəli sürülüb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az