Larisa Allaverdiyan: “Ermənistanda hüquq müdafiəçilərinin müdafiəyə ehtiyacı var”
Ermənistanda hüquq müdafiəçilərinin müdafiəyə ehtiyacı var. “Vətəninfo.az”ın Trend- də istinadən verdiyi məlumata görə, bunu Ermənistanda insan haqlarının ilk müdafiəçisi Larisa Allaverdiyan deyib.Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə "Seçim səndədir" ictimai təşkilatının Ermənistanda keçiriləcək qarşıdakı parlament seçkilərinin gedişində müşahidəçilərinin təqiblərdən qorunmayacaqları ilə bağlı narahatlıqlarını bölüşdüyünü bildirib:"Hər şey mümkündür: müşahidəçilərin öz fikirlərini ifadə etdiklərinə görə təqiblərə məruz qala biləcəklərindən tutmuş onların böhtana görə ittiham olunmağa məruz qalmasınadək". Qeyd edək ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası özünün növbədənkənar iclasında "Seçim səndədir" ictimai təşkilatının bəyanatını qəbul etməyib. Bəyanatda yeni Seçki Məcəlləsində seçki prosesi və onun nəticələri haqqında müşahidəçilərin məsuliyyətə cəlb edilməməsi haqqında bənd yoxdur . “Seçim səndədir" müşahidə təşkilatı Seçki Məcəlləsinə yeni hüquqi norma daxil etməyi təklif edib. Qeyd edək ki, bu norma 1999-cu ildən etibarən daim Ermənistanın SM-də mövcud olub və hüquq müdafiəçilərinin müdafiəsi, onların təzyiqlərə, lazımsız təqiblərə və hüquqi məsuiliyyətə cəlb olunmamaları üçün ciddi vasitə olub. Ermənistanda insan haqlarının ilk müdafiəçisi Larisa Allaverdiyan da Sakuntsun və "Seçim səndədir" İT-nin narahatçılığı ilə razılaşır. Bununla belə, Larisa Allaverdiyan bildirib ki, Ermənistanda belə halların olmasından, olub və olacağından asılı olmayaraq, bu normalar möhkəmləndirilməlidir: "BMT konvensiyalarından birinə görə, ilk növbədə, insan haqları müdafiəçilərinin müdafiəyə ehtiyacı var. Müşahidəçilər isə seçki hüqüqunun müdafiəçiləridir". Xatırladaq ki, Ermənistan MSK ölkə Konstitusiyasının 5-ci maddəsini əsas götürərək öz imtinasını əsaslandırıb. Həmin maddəyə görə, "dövlət orqanları və yerli özünüidarə orqanları yalnız Konstitusiya və ya qanunlarla səlahiyyət verilmiş belə hərəkətləri etmək hüququna malikdirlər". Başqa sözlə, MSK bu funksiyanın Ermənistan Milli Yığıncağına məxsus olduğunu deyir.