Erməni işğalında olan Cəbrayılın son görüntüləri - VİDEO

Erməni işğalında olan Cəbrayılın son görüntüləri - VİDEO
Ermənilər işğal altında olan Azərbaycan torpaqlarına ekskursiyalar təşkil etməyə başlayıblar.

Miq.az  baku.ws-ə istinadən xəbər verir ki, bu dəfə bir qrup erməni işğal altında olan Cəbrayılı gəzintiyə çıxıb. İstirahət üçün Cəbrayıl rayonu ərazisini seçən bir qrup erməni burada mahnı oxuyub, rəqs edərək əyləniblər. 
 
Xatırladaq ki, Cəbrayıl rayonu 25 avqust 1993-cü il tarixdə rayon Ermənistan ordusu tərəfindən işğal edilib. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

Hazırda rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı davam edir.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az