Erməni keşişləri sülh yox, yeni müharibə istəyir
Məhz müharibə və təcavüz, ölkələri işğal və xalqların məhvini təbliğ edən Erməni Apostol Kilsəsi (EAK) Qarabağ münaqişəsinin təşəbbüskarı olmuşdur. EAK yadığı bəyanatla - Tavuş yeparxiyasının 3-cü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturova ünvanladığı müraciətlə növbəti dəfə iç üzünü açmışdır. Onlar Xaçaturova təşəkkür edərək, onu "dövlət sərhədlərini genişləndirən əsl hərbçi” adlandırmış və "gələcək qələbələrdə mühüm rol oynayacağına” ümid etdiklərini bildirmişlər.
Moderator.az bildirir ki, bu, həmin Xaçaturovdur ki, Ermənistandakı növbədənkənar parlament seçkilərindən bir qədər əvvəl baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın əleyhinə bir neçə generalın imzaladığı müraciətə imza atmış və hakim "Vətəndaş razılaşması" partiyasının qələbəsindən sonra Ermənistan konstitusiyasının 133-cü maddəsinin 1-ci bəndi əsasında vəzifəsindən azad edilib (Konstitusiyanın 133-cü maddəsi respublika prezidentinin baş nazirin təklifi ilə, qanunla müəyyən edilmiş hallarda və qaydada silahlı qüvvələrin və digər qoşunların ən yüksək komandanlığını vəzifəyə təyin və vəzifədən azad etməsini nəzərdə tutur).
Bir daha vurğulayaq ki, Q.Xaçaturov bu ilin fevralında Baş Qərargahın hökumətin istefasını tələb etdiyi müvafiq sənədi imzalayaraq onu dəstəkləyib. O, daha sonra tələbini ayrıca bir açıqlama ilə dəstəkləyib. Generalın atası, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturov keçmiş prezident Robert Köçəryanla birlikdə konstitusiya quruluşunun devrilməsi işində günahlandırılır.
Çoxəsrlik nifrət və düşmənçilik ənənələrinə sadiq qalan Erməni Apostol Kilsəsi regionda sülhün bərqərar olması yolunda ən ciddi maneədir. Erməni xalqını yoxsulluq və səfalətə sürükləyən müharibədəki məğlubiyyətinə baxmayaraq, Erməni Apostol Kilsəsi xristian müdrikliyindən, şəfqət, mərhəmət və elementar ədalət hissindən çox-çox uzaqdır.
Erməni Apostol Kilsəsinin – cinayətkar təşkilatın dəyişməyən məğzi məhz budur: əsrlərlə ziyarətçilərinə qonşulara, xüsusən Azərbaycan və Türkiyə xalqlarına nifrət hissi aşılayıblar. Terror, türk-müsəlman əhalinin kütləvi məhvi, etnik təmizləmə, Azərbaycan və islam mədəniyyəti abidələrinin planlı və şüurlu şəkildə dağıdılması – bunlar kilsə şeytanlarının "xidmətlərinin” bir hissəsid