"Erməni kilsəsinin bu cür addımlar..." - QMİ sədri


"Erməni kilsəsi və rəhbərliyinin revanşizmə çağırışlar etməsinə təəssüflənirəm".

Miq.Az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Patriarxı II İlya ilə görüşdə deyib.

Onun sözlərinə görə, erməni din xadimləri gəncləri silahlanmağa və öldürməyə çağırır.

QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Ermənistanın zəbt etdiyi ərazilərin işğaldan azad edildiyini bildirib:

"Bu gün işğaldan azad edilmiş torpaqlarda dağıdılmış bütün dini abidələr - kilsələr, məscidlər bərpa olunur".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az