Erməni nazirin qorxusu: “Cəbhədə hər an müharibə baş verə bilər”
"Cəbhə xəttində vəziyyət gərgindir və hər an istənilən hadisə baş verə bilər”.
Bunu parlamentdə keçirilən qapalı görüşdən sonra jurnalistlərə açıqlama verən Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib. Müvəqqəti olaraq atəşin dayandığını deyən Ohanyan son hadisələrlə bağlı müvafiq analizlər aparıldığını, qarşı tərəfin gücünə dair nəticələr çıxardıqlarını bildirib.
Müdafiə naziri Seyran Ohanyan dünən ölkə parlamentinin deputatları ilə qapalı görüş keçirib. Görüşün əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi ətrafında yaşanan son hadisələr olub.
Miq.az