Erməni ordusu Naxçıvan sərhədində itki verdi
Faktı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib
Ermənistanın Naxçıvanla sərhədində yerləşən Vayotsdzor vilayətində erməni hərbi qulluqçusu öldürülüb.
İstiPress-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu gün müqavilə əsasında xidmət edən 31 yaşlı hərbçi Narek Akopyan ölümcül güllə yarası alıb.
Faktı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. Məlumata görə, Akopyan hərbçi yoldaşı çavuşun silahla ehtiyatsız davranması nəticəsində güllə yarası alıb. Faktla bağlı cinayət işi açılıb.
Miq.Az