Erməni ordusundan daha bir təxribat –Ağdam ərazisində növbəti təlimə başlayıblar

Erməni ordusundan daha bir təxribat –Ağdam ərazisində növbəti təlimə başlayıblar
Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilər bu gün saat 11: 00-dən etibarən Ağdamın Üzündərə adlanan ərazisində təlimlərə başlayıb. Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə əsasən ağır artilleriya qurğularından istifadə edirlər.

Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az