Erməni podpolkovnik yaralandı

Erməni podpolkovnik yaralandı
Ermənistan ordusunun podpolkovniki yaralanıb.
 
İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Kotayk vilayətində ağır qəza baş verib. Təqribən səhər saat 08 radələrində xidməti "Mercedes" markalı maşın yoldan çıxaraq aşıb. Onu idarə edən isə 38 yaşlı Karen M. adlı şəxs olub. 
Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardımı hərbi hissə əməkdaşları göstəriblər. 
Məlumata görə, Karen M. diviziya komandiridir. Rütbəsi isə podpolkovnikdir. Onun idarə etdiyi maşının yoldan çıxmasına səbəb isə çuxura düşməsi olub. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az