Erməni təxribatının qarşısı alındı - Foto

Erməni təxribatının qarşısı alındı - Foto

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın əməkdaşları tərəfindən Vikipediyanın ingilis dilində olan bölməsində Bakı haqqında məqalədə baş verən təxribatın qarşısı alınıb. 
 
Məqalədə Bakının tarixi, mədəniyyəti və ictimai həyatı ilə bağlı ümumi məlumatlar verilib. Məqalənin Bakıda yaşamış görkəmli şəxslər bölməsində (Notable residents) 10 şəxsin təsviri var idi. Məqalənin ilkin formasında qərəzli şəkildə ancaq ermənilər göstərilmişdir. Edilən müdaxilə nəticəsində bu əlavələr ləğv edilib və məqalənin əvvəlki forması bərpa olunub.
 
Qeyd etmək lazımdır ki, Azərbaycanın tarixi,mədəniyyəti və ictimai həyatı ilə bağlı olan məqalələr gündəlik şəkildə Ermənistandan olan istifadəçilərin qərəzli müdaxilələrinə məruz qalmaqdadır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az