Erməni zabit Şuşa uğrundakı son döyüşlərdən yeni kadrlar yaydı...-VİDEO

Erməni zabit Şuşa uğrundakı son döyüşlərdən yeni kadrlar yaydı...-VİDEO

Sosial şəbəkələrin erməni seqmentində 44 günlük savaşın son günlərində Şuşa uğrunda Azərbaycan ordusunun qələbəsi ilə nəticələnmiş döyüşlərdən yeni kadrlar paylaşılıb.
 
Moderator.az xəbər verir ki, həmin video-görüntüləri "Vəng” batalyonu komandirinin müavini Vaan Mejlumyan yayıb.
 
Bu kadrları yaymaqda erməni zabitin məqsədi  guya  "Vəng” batalyonunun Şuşa uğrunda gedən döyüşlərdə iştirakdan yayınmadığını sübut etməkdir. V.Mejlumyan  bununla Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın sözügedən batalyonun  döyüş meydanından qaçması haqdakı çıxışına cavab vermək istəyib. Halbuki, videodan aydın görünür ki, çəkilişin aparıldığı erməni postu Şuşadan xeyli uzaqdadır...
 


Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az