Ermənilər 12 fevralda daha çox əsgərimizi öldürmək istəyib?
"12-13 fevral tarixlərində sərhəddə baş verənlər araşdırılır, daha sonra məlumat veriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Azərbaycanla şərti sərhədində yerləşən "Yerkrapa” hərbi birləşməsinin rəhbəri Sasun Mikayelyan deyib.
O, Nerkin-And kəndi istiqamətində keçirilən əməliyyatla bağlı məlumat verməkdən yayınıb:
"Hazırda araşdırma aparılır, hər şey sonra bilinəcək. Detallar məlum olduğu zaman açıqlama veriləcək. Bircə onu deyə bilərəm ki, bir snayper hər kəsi hədəf almışdı”.
Qeyd edək ki, S.Mikayelyanın "snayper hər kəsi hədəf almışdı” sözü ermənilərin daha böyük təxribat törətməyə cəhd etdiyini göstərir.
Xatırladaq ki, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində əsgərimizə atəş açılan döyüş postu darmadağın edilib.