“Ermənilər arxamca düşmüşdü” – AŞPA-da Azərbaycanı dəstəkləyən ukraynalı
Erməni nümayəndə heyəti Strasburqda konyakla mənim arxamca düşmüşdülər.
Bu sözləri Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Vladimir Aryev paylaşıb. "Avropada jurnalistlərə və söz azadlığına təhdid” hesabatının müəllifi olan Aryev hesabatın dinləmələri zamanı Ermənistan nümayəndə heyətinin provokasiyalara əl atdığını bildirib:
"AŞPA mənim Avropada söz azadlığı haqqında hesabatımı qəbul etdi. Dünən erməni deputatlar Strasburqda konyak butulkası ilə mənim arxamca qaçırdılar ki, mən Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdan imtina edim. Bu gün isə Assambleyada onlar hansısa kompromat təqdim edib deyirlər ki, Aryevin nənəsi azərbaycanlıdır. İndi mən dəqiq bilirəm ki, əgər işi gülməli etmək istəyirsənsə, o zaman erməni parlamentindən məsləhətçilər çağırmaq lazımdır”./Axar.az/
Miq.Az