Ermənilər karantindən yayınmaq üçün bu yola əl atır

 Ermənilər karantindən yayınmaq üçün bu yola əl atır

İtaliyadan qayıdan bir neçə Ermənistan vətəndaşı dolayı reyslərdən istifadə edərək karantindən yayınmağa cəhd edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan deyib.

"Bu gün "Atlantis European Eyrveys” aviaşirkətinin reysi ilə İtaliyadan İrəvana Ermənistan vətəndaşları gətiriləcək. Çatdıqdan dərhal sonra onlar karantinə alınacaq. Bizə məlumdur ki, bəzi həmvətənlərimiz 14 günlük karantində qalacaqlarını öyrəndikdən sonra başqa yollarla Ermənistana qayıtmağa çalışırlar”, - deyə Avinyan bildirib.

Qeyd edək ki, son məlumata görə, Ermənistanda 26 nəfər koronavirusa yoluxub, 300 nəfər karantinə alınıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az