Ermənilər Laçın hərbi komissarlığının binası qarşısına niyə toplaşıb?.. - FOTO

Ermənilər Laçın hərbi komissarlığının binası qarşısına niyə toplaşıb?.. - FOTO

Yəqin, Azərbaycanın Ali Baş komandanının  ordumuza "hücum” əmri verəcəyini eşidib qaçmağa hazırlaşırlar...

Ermənilər martın 11-də Laçın rayon mərkəzində  laçınlıların "şəhərin başı” adlandırdığı  ərazinin yaxınlığında yığışıblar. Moderator.az xəbər verir ki, bu haqda xəbər və fotonu "Facebook”da gündəlik olaraq işğal altındakı bölgələrimizin hazırkı durumu barədə paylaşmalar edən vətənpərvər istifadəçi Pərviz Məlik Laçın paylaşıb.  

İşğalçıların toplaşdığı məkanda işğaladək Laçın rayonu hərbi komissarlığının binası yerləşib. Yəqin, ermənilər buraya öz dığalarını  qondarma separatçı-terrorçu "ordu”larına yola salmaq və yaxud qeydiyyatdan keçirmək üçün toplaşıblar.  Göründüyü kimi, 26 il öncə şəhərin mərkəzi küçəsi olmuş küçəni ermənilər xaraba vəziyyətə salıblar və 3-cü onillikdir ki, "babalarının yurdları” adlandırdıqları bu məkanı abadlaşdırmağa qeyrətləri çatmayıb(Həmin küçənin işğaldan öncəki fotosunu da təqdim edirik)... 


Və aradabir bayquşlar xarabalığa yığışan kimi buraya toplaşıb Azərbaycanın gözlənilən hücumu qarşısında biri-birilərinə ürək-dirək verirlər... 

Bir müddət əvvəl xəbər verdiyimiz kimi,  ABŞ-ın "Hayrenaser” şirkətinin  dəstəyi  ilə Laçında binaların zirzəmisində hava hücumundan sığınacaqlar da tikilməkdədir.... Bu cür faktlar da göstərir ki,  ermənilər  həm on illərlə xarabalıqda yaşamaqdan bezib, həm də terrorçu rəhbərləri onlara nə qədər toxtaxlıq versələr də, Azərbaycanın ordusunun təlimlərinin görüntülərini gördükcə təşvişə düşürlər. Bir sözlə, işğalçı və separatçı rejimlərin əlində girov qalan silahsız ermənilər də, zorla hərbi xidmətə cəlb edilən çağırışçılar da zəbt etdikləri özgə torpaqlarından qaçmağa bəhanə axtarırlar. Qalır Azərbaycanın Ali Baş komandanının ordumuza torpaqlarımızın birdəfəlik azad olunması üçün "hücum” əmri verməsi...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az