Ermənilər Qarabağda bu qədər döyüşçü itirib - Son rəqəm AÇIQLANDI

Ermənilər Qarabağda bu qədər döyüşçü itirib - Son rəqəm AÇIQLANDI
Ermənistanın İstintaq Komitəsi "Joğovurd” qəzetinin sorğusuna cavab olaraq bildirib ki, 44 günlük müharibə zamanı Qarabağda 3941 nəfər ölüb.

Modern.az xəbər verir ki, "Joğovurd”un məlumatına görə, 2025-ci il fevralın 20-nə olan məlumata görə, 44 günlük müharibədə ermənilər tərəfdən ölənlərin 1702-si çağırışçı, 860-ı könüllü, 864-ü ehtiyatda olan hərbçi, 143-ü digər qoşunların hərbçisi, 44-ü mülki şəxsdir.

172 hərbçinin və 19 mülki şəxsin harada olduğu hələlik məlum deyil.

İstintaq Komitəsi həmçinin bildirib ki, 2024-cü ilin dekabrından 2025-ci il fevralın 16-dək 6 hərbçi rəsmi olaraq ölü kimi tanınıb, bundan sonra onların dəfn mərasimi keçirilib. 82 hərbçinin yaxınları isə genetik müayinə nəticəsində müəyyən edilən qalıqları basdırmaqdan imtina edir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az