Ermənilər Saakyana qarşı: Xocavənddə mitinq
Qarabağda narkotik qaçaqmalçıların rəhbəri olan "prezident” Bako Saakyan və "müdafiə naziri” Levon Mnaçakanyan əleyhinə böyük mitinq keçirilib.
Axar.az xəbər verir ki, Ermənistan mətbuatı və sosial şəbəkə istifadəçilərinin bildirdiyinə görə, aksiya Xocavənd rayonunun Hadrut qəsəbəsində baş tutub.
Bildirilir ki, mitinqə səbəb içərisində narkotik yükünün daşındığı yük avtomobilinin qəza törətməsi və narkotik maddəsinin yerli əhali tərəfindən ifşa olunması olub. Yük maşınının sürücüsü narkotikin Qarabağ "rəhbəri” və "müdafiə naziri”nə aid olduğunu bildirib.
Mitinq iştirakçıları B.Saakyan və L.Mnaçakanyanı satqın adlandıraraq onları xalqa xəyanət etməkdə və cəbhədə ağır vəziyyətin davam etdiyi bir vaxtda narkotik biznesi ilə məşğul olmaqda ittiham ediblər.
Qeyd edək ki, Ermənistan rəhbərliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən narkotik vasitələrin əkilib-becərilməsi, həmçinin, daşınması üçün istifadə edir.
Miq.az