Ermənilər Xocavəndin Qarakəndində ananas və kivi yetişdirəcəklər...

Ermənilər Xocavəndin Qarakəndində ananas və kivi yetişdirəcəklər...

"Adamın başında turpu  nə təhər əkirlər, görəsən?..”


Separatçı-terrorçu erməni rejimi  Azərbaycanın işğal altındakı torpaqlarında müxtəlif nar və ananas sortlarından əlavə, kivi də yetişdirməyi planlaşdırır. 

Moderator.az xəbər verir ki, Xankəndidəki nəşrlərin məlumatına görə, bu barədə Xocavənd rayonunun "Berdaşen” adlandırılmış Qarakənd  kəndində keçirdiyi "seçki”qabağı təbliğat kampaniyası zamanı "prezident”liyə namizəd Araik Arutyunyan danışıb.  O, artıq 1000 hektar sahədə ilk əkinlər üçün tinglərin  sifariş edildiyini bildirib.

Separatçı siyasətçinin sözlərinə görə, Qarakənd yeni suvarma sisteminin tətbiqi, bağçılıq və kənd təsərrüfatı istehsalının inkişafı üçün vacib ərazi hesab olunur...

Arutyunyan rəhbər seçiləcəyi təqdirdə  tərəvəz və meyvə yetişdirən hər bir erməniyə  hər hektar üçün maliyyə yardımını 200.000 dramdan 500.000 dramadək (təxm.1050 dollar)  artıracağına da söz verib. Odur ki, Xocavənddə sülənən erməniləri  nar və ananasın ənənəvi növləri ilə yanaşı,  kivi yetişdirməyə də həvəslə girişməyə çağırıb.
 
Qeyd edək ki, qondarma separatçı rejim rəhbərliyi hələ 2016-cı ildən Azərbaycan torpaqlarında tropik və subtropik meyvələrin əkilməsi üçün yeni proqram qəbul edib. Proqrama əsasən, işğal altındakı Arazboyu ərazilərdə tropik meyvələr (banan, ananas, kivi), Hadrut və Xocavənd rayonlarında isə subtropik meyvələr (mandarin, feyxoa və portağal) əkmək üçün xüsusi sahələr ayrılıb. Arazboyu torpaqlarımızda artıq belə bağlar salınıb...

Onu da xatırladaq ki, 1991-ci il noyabrın 20-də rəhmətliklər Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Osman Mirzəyev, Alı Mustafayev kimi dövlət xadimləri və ziyalıları aparan vertolyot məhz Qarakənd üzərində terrora məruz qalıb...

P.S. Adamın başında turpu nə təhər əkirlər, görəsən?..

Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az