Ermənilərdən etiraf: Kəlbəcər Azərbaycanındır... (Video)
Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunun yeni görüntüləri
yayılıb. Erməni bloqerin şəxsi hesabında paylaşdığı videoda Kəlbəcərin
bir çox yerləri əks olunub.
Düşmən tapdağında olan məşhur İstisu sanatoriyası da erməni bloqer tərəfindən lentə alınıb.
"Bu gün iyulun 29-dur. Yerevandan 11 radələrində çıxmışıq. İndi
5:30dur. Biz Kəlbəcərin İsti sularından birinin yanındayıq. Bura çimməyə
gəlmişik. Maşınımızı qoyub, yükümüzü çiynimizə alaraq buradan
uzaqlaşmağa başlayırı. Yolda ağaclar var. Ərik yeyə-yeyə gedirik. Bu
istiqamətdə bir neçə km. yol qət edəcəyik. Bax, bu ərikdir, soyuq imkan
verməyib ki, o böyüsün”.-deyə videoda deyilir.
Ermənilərin
özü də Kəlbəcərin Azərbaycana aid olmasını etiraf edirlər. Səyahətçilər
deyir ki, vaxtilə bura Azərbaycanın dövlət iqamətgahı olub. "Yuxarı
qalxdıq. Vaxtilə bura Azərbaycanın dövlət iqamətgahı olub. Qıraqdan
görünməsin deyə, bir tərəfdən ağaclarla, o biri tərəfdən isə bu
binalarla örtülüb. Qaranlıq. Çadır qurmuşuq ki, orada gecələyək. Yay
olmasına baxmayaraq, burada soyuqdur. Ona görə ocaq qalamalı olduq.
Artıq 9:30 dur. Uçuq binaların arasından meşə ilə getməyə başlayırıq,
buradan oraya 15 km yol var. Tələsməliyik ki, çataq. Bura iti suların
rezervuarıdır (anbar). Sonra yolda olan maneələr. Artıq yarısını
geçmişik yolun. Bir az dincəlməliyik. Dağın zirvəsinə çathaçatdayıq. 15
dəqiqə sonra orda olarıq.
Buranın adı Əyri dağdır. Dəniz səviyyəsindən 3600 km-dədir.
İndi Kəlbəcərdəyik.. Buradan Mardakertə getmək istəyirik. Yol isə
belədir ki, bir su anbarını dolaşıb getmək zorundayıq. Bura artıq
Dadivankdır (Çəkilişləri göstərir - red) Yatmaq üçün münasib bir yer
tapdıq. Besetkadı. Bir az daşlı olsa da, nə edək burada yatmalıyıq.
Əl-üz yuyan da var. Qarşıda isə meşədir.
Sabahınız xeyir . Biz indi hazırlaşırıq Yerevana getməyə.. Gecə burada qaldıq. Rahat və təhlükəsizdir”.
Qeyd: ermənilərin danışıqlarını Ermənişünas alim Qafar Çaxmaqlı tərcümə edib.