Ermənilərin Tərtərə atdıqları MƏRMİLƏR- İran istehsalı olub

Ermənilərin Tərtərə atdıqları MƏRMİLƏR- İran istehsalı olub

"Müdafiə naziri general-polkovnik Zakir Həsənov iki gündür İranda səfərdədir. Müdafiə nazirinin səfəri iki ölkə arasında təhlükəsizlik və hərbi əməkdaşlıq haqqında sahələrini əhatə edir. Qeyd edim ki, Ermənistan müdafiə naziri bir neçə ay bundan əvvəl İranda səfərdə olub və müdafiə təyinatlı bir sıra məhsulların İrandan alınması barədə məlumatlar var idi. Bir müddət bundan əvvəl işğalçı erməni qüvvələrinin Qapanlı kəndinə atdığı dörd məmilərin İran istehsalı olduğu bildirildi. 

Deməli, İranın bu kimi məhsulların Ermənistana verməsi doğru xəbər idi. Təbii ki, İranın işğalçı Ermənistana verdiyi hərbi təyinatlı məhsulların Azərbaycana qarşı işlədilməsi, birbaşa İranın işğalçını dəstəkləməsi deməkdir."

Bu sözləri Miq.Az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. 

"Zakir Həsənovun İranın müdafiə naziri Hüseyn Dehqan və digər siyasi rəhbərlərlə keçirəcəyi görüşlərdə Ermənistana bu kimi silahların ötürülməsinin maksimum qarşısın alınmağa yönəlməlidir. Artıq  ABŞ İrana və onun formalaşdırdığı siyasi-hərbi oxuna qarşı mübarizəyə strat verib. Yaxın Şərqdə ABŞ-ın hərbi əməliyyatları bir başa İranın regionda siyasətinin qarşısın almağa yönəlib.  İran, Yaxın Şərqdə fəallaşdığı kimi Qafqazda bu siyasəti aparmağı planlaşdırırdı. Yaxın Şərqdə və Cənubi Qafqazda artan təhlükəsizlik riskiləri və ABŞ-ın İrana qarşı sərt xətt siyasətinə  görə İranın Azərbaycana ehtiyacı olacaq. Azərbaycan beynəlxalq konyukturada artan gərginliklər fonunda öz təhlükəsizliyini qorumalı, İran kimi aqressiv bir ölkənin siyasətin loyallaşdırmalı, xüsusilə Ermənistanla bu dövlətin hərbi əməkdaşlığının inkişafına imkan verməməlidir.  Bu, istiqamətdə Azərbaycan İrana qarşı güclü təzyiq mexanizminə malikdir. Zakir Həsənovun səfəri İranla müdafiə və hərbi sahələrdə bir sıra həllini tapmamamış məsələlərin həlli istiqamətində ümümi konsorsiuma gəlinəcək"-deyə politoloq Miq.Az-a açıqlamasında bildirdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az