Ermənilərin vurduğu daha bir mülki şəxs öldü- Hüseynov Əli Müseyib oğlu
O, bu gün səhər yerləşdirildiyi xəstəxanada keçinib.
Aprel ayının 27-dən 28-ə keçən gecə ermənilərin atəşkəsi pozması nəticəsində yaralanan mülki şəxslərdən daha biri dünyasını dəyişdi.
Miq.az Ans press-in məlumatına istinadən bildirir ki, Çəmənli kənd sakini 1943-cü il təvəllüdlü Əli Müseyib oğlu Hüseynov bir neçə dəqiqə əvvəl dünyasını dəyişib.
O, Ağdam rayon Hərbi Hospitalında vəfat edib.Ötən gün onun dünyasını dəyişməsi barədə məlumatlar yayılmışdı. Ağdam Rayon İcra Hakimiyyətinin başçısının müavini Eldəniz Abdullayev Ans press-ə açıqlama verərək məlumatın doğru olmadığını bildirmişdi.
Bununlada son iki gündə ermənilərin açdığı atəş nəticəsində ölən mülki şəxslərin sayı 2-yə çatıb. Ötən gün Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində Çəmənli kənd sakini Famil Əli oğlu Mustafayev aldığı qəlpə yarasından ölmüşdü.
Miq.az