Ermənistan Azərbaycana görə Rusiyanı hədələdi

Ermənistan Azərbaycana görə Rusiyanı hədələdi
 
Sarkisyan Tehran səfəri öncəsi çox azğın danışıb

Ermənistan strateji tərədaşı Rusiyanın ziddinə olaraq İran qazını Avropaya ötürməkdə maraqlı olduğunu bəyan edib.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan İranın "Şərq” qəzetinə verdiyi müsahibəsində bildirib. Avqustun 5-də İran prezidenti Həsən Ruhaninin inaqurasiyasına getməyi planlaşdıran Ermənistan prezidenti çox cürətli danışıb və bu zaman müstəmləkə asılılığında olduğu Moskvanın maraqlarını tapdamaqdan da çəkinməyib.
İran qazının Avropaya tranzitindən danışan Ermənistan prezidenti bildirib:

"Bu cür iri miqyaslı layişhəni hərtərəfli öyrənmək və hesablamaq lazımdır. Əgər bu tərəflər üçün əlverişlidirsə niyə olmasın. Sizin səsləndirdiyiniz məsələ hazırda ekspert müzakirələri səviyyəsindədir”.

Bununla da, Ermənistan prezidenti Rusiyanın çox həssaslıqla yanaşıdığı sarı simə toxunub. Hər il Avropaya boru kəmərləri ilə 300 milyard kubmetr təbii qaz nəql edilir və bunun 220 milyard kubmetri məhz Rusiyanın payına düşür. Dünya üzrə üçüncü qaz istehsalçısı olmasına və iri yataqlara malik olmasına, həmçinin Avropaya təxminən İran səviyyəsində yaxın olmasına baxmayaraq İranın bu bazarda payı çox aşağıdır. 
Rusiya bu bazarı inhisara götürüb və bu istiqamətdə istənilən təşəbbüsü düşmənçiliklə qarşlıylayır. Yəni bu, Avropaya ildə 10 milyard kubmetr qaz satmağı planlaşdıran Azərbaycan deyil, İran ildə 220 milyard kubmetrdən artıq qaz istehsal edir və bunu artırmaq imkanı da yetərincədir. 

Rusiya hətta İranı  Ermənistan bazarına buraxmaq niyyətində deyil. Belə ki, 2017-ci ilin birinci yarısında "Qazprom Armeniya" şirkəti Ermənistanın ən iri vergi ödəyicisi sayılıb - dövlət büdcəsinə 24,46 mlrd. dram (51 milyon dollar) ödəyərək bir il qabaqkı göstəricisini 9,1%  arxada qoyub. Bu, yarım ildə 378,4 mlrd. dram (795 milyon dollar) olmuş vergi ödəyişlərinin əhəmiyyətli hissəsidir. Yəni Rusiya Ermənistana ucuz qaz verməklə yanaşı, onun qaz şəbəkəsinə sərmayə də yatırır və dövlət büdcəsinin doldurulmasında  da fəal iştirak edir.

Bəs, bütün  bunlarla yanaşı Ermənistanı Rusiyaya qarşı çıxmağa vadar edən nədir? Erməni mətbuatına nəzər yetirdikdə, ermənilərin ən böyük narahatçılığının Rusiyanın Azərbaycana silah satması ilə bağlı olduğunu görmək olar. Erməni şərhçi Nairi Ayruman bu gün yazdığı məqaləsində Rusiyanın Azərbaycana silah satmasını siyasi əclaflıq kimi dəyərləndirib.  Onun fikrincə, bütün dünya Azərbaycana silah satmamalıdır  və  Azərbaycan erməni işğalı  altında olan torpaqlarını işğaldan azad etmək üçün silahlanmamalıdır. Sarkisyan da yəqin ki,  eyni cür düşünür.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az