Ermənistan əsgəri Qarabağda İNTİHAR ETDİ

Ermənistan əsgəri Qarabağda İNTİHAR ETDİ
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin əsgəri Şavarş Qalstyan intihar edib.

Miq.az  report-a istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, qoşunların təmas xəttinə yaxın ərazidə onun meyiti aşkar edilib. Şavarş Qalstyanın çənə nahiyəsində odlu silahdan açılan atəşin yarası aşkarlanıb.

Xəbərdə bildirilib ki, hadisə ilə bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az