Ermənistan ilə sülh sazişinə bu da salına bilər

Ermənistan ilə sülh sazişinə bu da salına bilər

Türkiyə və Ermənistan nümayəndələri birbaşa əlaqə saxlayıb, necə və harada görüşəcəklərinə qərar verəcəklər. Nümayəndələrin nədən danışacağını əvvəlcədən müəyyən etmək düzgün olmaz, amma prioritetləri müəyyən etmək olar.

Miq.Az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Yol xəritəsi üzərində iş aparılır. Azərbaycan bu prosesdə daima olacaq. Hər zaman məlumat veriləcək. Koordinasiyalı addımlar da atılır. Ona görə də bu, Azərbaycan üçün sürpriz olmayacaq. Həm Rusiya, həm də ABŞ bu prosesi dəstəkləyir. Sərhədin açılması ilə bağlı Azərbaycanla birlikdə qərar verəcəyik.

Məsələn, Ermənistan Azərbaycanla hərtərəfli sülh sazişi imzalamağı təklif edə bilər. Biz də onun içində ola bilərik. Belə bir müqavilə imzalananda sərhədin açılması da bura daxil edilə bilər. Türkiyədə yaşayan Türkiyə Respublikası vətəndaşları olan erməni icması da öz töhfəsini verər. Bu prosesi dəstəkləyən son bəyanatlar da bir töhfədir. Qarşılıqlı çarter reysləri üçün müraciət edən aviaşirkətlər var. Bu mərhələdə iki tərəfdən bir hava yolu şirkəti ilə başlamaq və hadisələrə uyğun olaraq sayını artırmaq düşünülə bilər", - Çavuşoğlu bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az