“Dünən Azərbaycan tərəfi 200 dəfə atəşkəs rejimini pozub”.
“Axar.az”ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Arçrun Ovanisyan çıxış edib.
Mətbuat katibi dünən Tovuz rayonunun Əlibəyli kəndində 37 yaşlı ananın yaralanmasına qarşı məntiqsiz fikirlər səsləndirib. Onun sözlərinə görə, yalnız Azərbaycan bütün istiqamətlərdə atəşkəs rejimini pozub. “Biz bildiririk ki, Azərbaycan tərəfinin sərhədlərimizi pozması nəticəsində Tavuş əyalətinin (Berd rayonu) Ayqepar kəndinin sakini olan 16 yaşlı qız uşağı ayağından güllə yarası alıb”.
Bununla yetinməyən A.Ovanisyan Azərbaycan Ordusunu gənc qızı qəsdən yaralamaqda günahlandırıb. O, hazırda yaralı qızın vəziyyətinin sabit olduğunu bildirib.
Qeyd edək ki, dünən Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayonunun sakini, bir uşaq anası olan 37 yaşlı qadın yaralanmışdı.
Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda ermənilərin dünən və bu gecə ərzində 93 dəfə atəşkəs rejimini pozduğu haqqında məlumat yaymışdı.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...