Ermənistanın hakim partiyasının üzvü mətbuat konfransında narahatlığını ifadə edib
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin “Gömrük İttifaqının gələcək sərhədləri Dağlıq Qarabağ probleminin taleyindən asılıdır” fikri rəsmi İrəvan üçün qəbuledilməzdir. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu informasiyanı Ermənistanın Respublika Partiyasının parlament fraksiyasının sədri Qalust Saakyan keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Nazarbayevin bu bəyanatı Azərbaycanla Qazaxıstanın dostluq əlaqələrinə dəlalət edir və bu baxımdan o, tez-tez Dağlıq Qarabağ problemi haqda danışır. Saakyan bildirib ki, o, Ermənistanın Gömrük İttifaqına daxil olması üçün nəzərdə tutulan “yol xəritəsi”nin müddəaları ilə tanış deyil. Deputat hesab edir ki, bu “yol xəritəsi” mətbuatda çap edildikdən sonra geniş müzakirə edilməlidir.
Xatırladaq ki, dekabr ayının 24-də Avrasiya Ali İqtisadu Şurasının iclasında Nursultan Nazarbayev bildirib ki, Ermənistanın Gömrük İttifaqına qəbul edilməsi üçün Dağlıq Qarabağ probleminin həlli məsələsinə aydınlıq gətirilməlidir. Rusiya prezidenti Vladimir Putin isə həmkarı Nazarbayevin bu bəyanatına reaksiya verməyərək “Ermənistan “yol xəritəsi”ni imzalamağa hazırdır” sözlərini deyib.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT