Ermənistan ordusu 8 nəfər itki verib

Ermənistan ordusu 8 nəfər itki verib

Ölən hərbçilərin sayı açıqlanıb

Bu ilin yanvar-mart ayları ərzində qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı açıqlanıb. 

Miq.Az "Report”a istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb.

Məlumatda son üç ayda 8 ölüm faktının qeydə alındığı, onlardan ikisinin silahdan istifadə qaydasına düzgün əməl edilmədiyi, ikisinin yol-nəqliyyat hadisəsi və dəm qazından boğulma, ikisinin intihar, yaxud ölüm həddinə çatdırma, birinin isə səhhətində yaranan problem nəticəsində baş verdiyi qeyd olunub. 

Xəbərdə bildirilib ki, daha bir ölüm faktının səbəbi araşdırılır.

Məlumata görə, ötən ilin uyğun dövründə isə 3 ölüm qətl, 5-i bədbəxt hadisə, 5-i isə intihar və ya ölüm həddinə çatdırma nəticəsində baş verib. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az